az.1

Amerikanın “Eurasia Hoy” informasiya portalında “Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələri möhkəmlədir” sərlövhəli məqalə dərc edilmişdir

az.1

Amerikanın “Eurasia Hoy” informasiya portalında “Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələri möhkəmlədir” sərlövhəli məqalə dərc edilmişdir

25.03.2014 [12:30]

Vaşinqton, 25 mart (AzərTAc). Amerikanın ispandilli “Eurasia Hoy” informasiya portalında beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələri möhkəmlədir” sərlövhəli məqaləsi yerləşdirilmişdir. (http://eurasiahoy.com/24032014-azerbaiyan-fortalece-relaciones-bilaterales-con-georgia/).
Məqalədə Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin bu yaxınlarda Bakıya rəsmi səfəri haqqında məlumat verilmişdir. Müəllif yazır ki, Prezident Georgi Marqvelaşvili Avropanı Asiya ilə birləşdirən layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırmasına görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.
Piter Teyz qeyd etmişdir ki, iki ölkənin prezidentləri arasında danışıqlarda Xəzərin enerji resurslarının Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Avropaya nəql edilməsi üçün yeni və potensial layihələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Müəllif Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında söhbət açaraq vurğulayır ki, energetika və infrastruktur layihələrinin reallaşdırmasında əməkdaşlıq iki ölkə arasında qardaşcasına münasibətləri daha da möhkəmlədir.
P.Teyz yazmışdır ki, Bakıda rəsmi görüşlərdən sonra prezident G.Marqvelaşvili Azərbaycanın Qəbələ və Qax şəhərlərinə səfər etmiş, Qaxda gürcü icmasının nümayəndələri ilə görüşmüşdür.

Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s