Azərbaycan

Amerikanın “Eurasia Hoy” informasiya portalı Azərbaycan-Fransa münasibətləri haqqında məqalə dərc etmişdir

Amerikanın ispan dilində yayımlanan “Eurasia Hoy” informasiya portalı beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Azərbaycan və Fransa: iqtisadiyyat, təhlükəsizlik və təhsil sahəsində əməkdaşlığı möhkəmləndirərək” sərlövhəli məqaləsini dərc etmişdir.
Məqalədə Azərbaycan-Fransa iqtisadi komissiyasının keçən ilin noyabrında Bakıda keçirilmiş iclasından bəhs olunur və qeyd edilir ki, bu iclas iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinin əsasını qoymuşdur.
Müəllif yazır ki, Azərbaycan dövlətinin rəhbəri İlham Əliyev Paris ilə Bakı arasında ikitərəfli iqtisadi münasibətlərin inkişafını dəstəkləmişdir. O, həmçinin Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin yaranması tarixi və keçən il iki ölkə arasında əmtəə dövriyyəsinin 2 milyard dollar təşkil etdiyi barədə məlumat verir. Müəllif yazır: “Hazırda Azərbaycan ilə Fransa arasında 42 saziş mövcuddur, Fransa korporasiyalarının Bakıda təqribən 40 nümayəndəliyi vardır”.
Məqalədə bildirilir ki, son iki ildə iki ölkənin prezidentləri iki dəfə görüşmüşlər: Prezident İlham Əliyev 2012-ci il sentyabrın 18-də Parisdə Yelisey sarayında qəbul olunmuşdur, sonra isə noyabrda prezidentlər Vilnüsdə görüşmüşlər. Hər iki dövlətin rəhbərləri iqtisadiyyat, energetika, təhsil və mədəniyyət, habelə siyasət sahəsində əlaqələrin inkişafından razı qaldıqlarını bildirmişlər. 2014-cü ilin yanvarında Azərbaycan Fransa ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq haqqında saziş də imzalamışdır. 2014-cü ilin mayında Fransa prezidentinin Bakıya rəsmi səfəri gözlənilir.
Sonda müəllif yazır ki, cari ilin aprelində Bakıda Fransa universitetləri ilə Azərbaycanın akademik müəssisələri arasında sıx əlaqələr yaradılması mövzusunda forum keçiriləcəkdir.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s