bugun

Naxçıvan: dünya memarlıq irsinin gizlədilmiş xəzinəsi

Peter TASe

Amerika Birləşmiş Ştatları

“Foreign Policy News” informasiya porta

Nəşr edilib 10.02.2015

az10

2014-cü il oktyabr ayının əvvəllərində mən Naxçıvan Muxtar Respublikasına ilk səfərimi etdim. Naxçıvan şəhərində tikilmiş Möminə xatın türbəsi və Xan sarayını ziyarət etdim. Bu iki gözəl və böyük əhəmiyyət kəsb edən binalar çoxlu insanlar tərəfindən tanınır, Azərbaycan memarlığının böyük nailiyyətlərinə örnəkdir və dünya mədəniyyətinə böyük töhfələr vermişdir. Möminə xatın türbəsi möhtəşəm tarixi abidədir. Şərq memarlığının incisidir ki, bu da Azərbaycanın milli memarlığını digər ölkələrdən ayırır. Bu abidə 1186-cı ildə (Naxçıvan şəhərinin qərb hissəsində) Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə xatın üçün inşa etdirilmişdir. Bu abidə yerli əhali tərəfindən “Atabəy türbəsi” kimi də tanınır. Abidənin yuxarı hissəsində kufi əlifbası ilə yazılmışdır: “Biz gedirik, ancaq qalır ruzigar, biz ölürük, əsər qalır yadigar”. Abidənin hündürlüyü 34 metr olmuşdur. Lakin sonralar abidənin yuxarı hissəsinin 8 metri dağılmışdır. Bəzi tədqiqatçılara görə, bu mədəniyyət abidəsinin aşağı hissəsində Şəmsəddin Eldəniz, onun arvadı Möminə xatın və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn edilmişlər……….

Read fhe article:

http://serqqapisi.az/index.php/humanitar/m-d-niyy-t/6185-nakhdzh-van-dunya-memarl-zh-irsinin-zhizlaedilmish-khaezinaesi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s