bugun

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının

az10Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tarixi irsinin mühüm və arxeoloji sərvəti sayılan bir bölgəsidir. Azərbaycan xalqının qədim tarixi, elmi və mə- dəni irsi bu torpaqda formalaşıbdır. Naxçıvan bəşər sivilizasiyasının beşiklərindəndir. Bu torpaq əsrlərboyu Şərq və Qərbin kəsişməsində ticarət, sənətkarlıq, elm və mədə- niyyət mərkəzi olma statusunu qoruyub saxlamışdır. Son on il ərzində Naxçıvan Muxtar Respublikası infrastruktur, sosial-iqtisadi inkişaf, açıq hökumət təşəbbüsü və geniş- miqyaslı ictimai işlər sahəsində sü- rətlə inkişaf etmişdir. Hazırkı iqtisadi inkişaf bu qədim yurdda insan sivilizasiyası və Azərbaycan xalqının əcdadları haqqında elmi tədqiqatların aparılmasına yol açır. Naxçıvanda siz ibtidai insanlara aid mağara, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti qalıqları, möhtəşəm qala divarları, qayaüstü rəsm nümunələri, qoç abidələri və ziyarətgahlar tapa bilərsiniz. Nax- çıvandakı Əshabi-Kəhf ziyarətgahı, Gəmiqaya nekropolları və qayaüstü rəsmlərdə Daş dövrünün qalıqları öz əksini tapmışdır. Əshabi-Kəhf ziyarətgahı (ərəb dilində “mağara sakinləri” deməkdir) Naxçıvan şəhərindən 12 kilometr məsafədə İlandağ ilə Nəhəcir dağı arasında yerləşən təbii ma- ğaradır. “Qurani-Kərim”də göstə- rilənlərə görə, bu mağara Allaha ibadət etməyən icmanı tərk edən insanların sığındığı yer olmuşdur. “Qurani-Kərim”dəki müqəddəs surəyə görə, Əshabi-Kəhf ilə bağlı hadisələr Naxçıvanın qədim tarixi ilə əlaqədardır. Əshabi-Kəhfin mövcudluğu xristian ədəbiyyatında qeyd edilmir. Yalnız son dövrdə aparılan arxeoloji tədqiqatlar bu qədim ərazinin əhəmiyyətini daha da artırmışdır. Beynəlxalq alimlər belə bir nəticəyə gəlmişlər ki, Nax- çıvanın bu abidəsi dini irsin mü- hüm nümunəsidir və bütün bunlardan başqa, “Qurani-Kərim”lə dərindən bağlıdır. Bu tarixi və dini yer Naxçıvan şəhərindən 12 kilometr məsafədə yerləşir. Ordubadda isə Nəbi yurdu yaylağında Gəmiqaya arxeoloji abidəsi yerləşir. Kür-Araz mədəniyyətinin izləri bu ərazidə olan qəbirlərdə müəyyən edilmişdir. Bundan əlavə, nekropollarda Dəmir dövrünə aid qəbirlər aşkar olunmuşdur. Dəmir dövrünə aid qəbir abidələri kvadrat formalı qaya parçalarından hazırlanmış ağır sal daşlarla örtülmüşdür. Məzarın içərisinə şimal tərəfdə yerləşən yoldan daxil olmaq mümkündür. Məzarın sağ divarında üçbucaq formalı taxça var. Kanal tikintisi zamanı abidə dağıntılara məruz qalmış və buna görə də maddi-mədə- niyyət nümunələri yox olmuşdur. Arxeoloji tədqiqatlar bu nekropolların eradan əvvəl IV-I minilliyə aid olmasını təsdiqləyir. Qayaüstü təsvirlərə Ordubaddakı Qapıcıq dağı yamaclarında – Nəbi yurdundakı Qaranquş yay otlaqlarında rast gəlinir. Arxeoloqlar Qaranquş yaylağındakı qayaüstü təsvirlərdə Azərbaycan türklərinin atababalarına aid yaşayış məntəqələ- rinin izlərini aşkar ediblər. Bu eyni zamanda sübut edir ki, həmin dağlıq ərazi Naxçıvanın qədim insanları üçün əsas ov sahələrindən biri olmuşdur. Sonrakı tayfalar Naxçı- vançay və Əlincəçay vadilərini yay otlaq sahəsi kimi istifadə etmişlər. Qayalara həkk olunmuş bütün təsvirlər yerli sakinlərin gündəlik fəaliyyətini əks etdirir. Bu qədim təsvirlərin böyük hissəsi keçi, öküz, maral, it, bəbir və canavar şəkillə- rindən ibarətdir. Gəmiqaya qayaüstü rəsmləri və qədim yaşayış məskənləri beş, altı min il bundan əvvələ təsadüf edir. Gəmiqayadakı mühüm kəşflər 1968-ci ildən aparılır. Bu təsvirlərdə Naxçıvanın qədim sakinlərinin həyat tərzi, mədəniyyəti və gündəlik fəaliyyəti müşahidə edilir. Peter TAsE Amerikalı jurnalist və tədqiqatçı, “Foreign policy news” və “Eurasia review” qəzetləri, ABŞ

Read the article

https://mail.google.com/mail/ca/u/0/?ui=2&ik=0ceebac2e7&view=att&th=14c9b56b1dd3d9c7&attid=0.1&disp=inline&realattid=42292b04ea5b32ba_0.1&safe=1&zw

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s