Əlincəqala Naxçıvan Muxtar Respublikasının
Culfa rayonunda Əlincəçayın
sağ sahilində yerləşir. Qədim
mənbələrdə “Erincaq”, “Erincik”,
“Alancik”, “Alınca”, “Alancuq” və
sair kimi qeyd olunur. Bəsrəd Paşayevə
görə, Əlincəqalanın adını tədqiqatçılar
və jurnalistlər qədim türk
dilində “düzənlik” mənasında işlədilən
“alan” sözü ilə bağlayırlar.
Bu, qalanın yerləşdiyi sahənin kiçik
meydançaya bənzəməsi ilə əlaqədardır.
Əlincəqalanın tikilmə tarixi
haqqında müxtəlif versiyalar var.
İspan diplomatı, Kastiliya kralı III
Enrikonun 1403-1406-cı illərdə Teymurilər
dövlətindəki səfiri Rüi Qonsales
Klavixo Əlincəqalanı belə
təsvir etmişdir: “Əlincəqala yüksək
və sıldırım bir dağ üzərində qərar
tutaraq divar və bürclərlə əhatə olunmuşdur.
Divarların daxilində dağ
yamaclarının aşağı tərəflərində üzümlüklər,
bağlar, zəmilər, otlaqlar, bulaqlar
və hovuzlar vardır”.
…………………………………………………………………………….
Peter TAse
Amerika Birləşmiş Ştatları
“Foreign policy news” qəzeti
21 aprel 2015-ci il
Read the article: