Piter Teyz: Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində aparıcı rol oynamalıdır

Vaşinqton, 29 oktyabr, Yusif Babanlı, AZERTAG LOGO.AzərTAc
Viskonsin ştatındakı Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert, yaxın vaxtlarda Azərbaycanda səfərdə olmuş Piter Teyz AzərTAc-ın Vaşinqton bürosuna müsahibə verib.
– Siz oktyabrın əvvəlində keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmisiniz. Forum və Azərbaycan paytaxtı barədə təəssüratlarınızdan danışaydınız…
– Zəngin təbii ehtiyatlara malik olan Azərbaycan həm də əsl vətənpərvər, əməksevər insanların diyarı, demokratik dəyərlərin bərqərar olduğu və avanqard Avrasiya memarlığı ilə seçilən ölkədir. Dinamik inkişaf edən Azərbaycanın paytaxtı Bakıda həyat çağlayır. Son iyirmi ildə Qərbi Avropanın ən yaxşı paytaxt şəhərləri ilə rəqabət aparan Bakı Avrasiyanın mərkəzində çiçəklənən şəhərə çevrilib. Bakının əsas küçələri, buradakı çoxsaylı eksklüziv mağaza və restoranlarına görə Çikaqonun mərkəzindəki Miçiqan prospektini xatırladır. Mən prestijli qlobal forumda iştirak etmək şərəfinə nail oldum. Bu forumun işində dünyanın 60-dan çox ölkəsini təmsil edən 600-dən çox nümayəndə, o cümlədən keçmiş dövlət başçıları, siyasətçilər, Nobel mükafatı laureatları, alimlər, jurnalistlər və diplomatlar iştirak edirdi. Azərbaycan bütün dünyada mədəniyyətlərarası dialoqun, dini tolerantlığın, sülhün və demokratik dəyərlərin inkişafında mühüm rol oynayır. Mənim fikrimcə, bütün dünyada Azərbaycan kimi ikinci bir ölkə yoxdur. Bu dövlət xeyli sərmayə qoyaraq müasir dövrün ən aktual problemlərin həllinə şərait yaradan strateji forumlar təşkil etməklə qlobal sülhün və sabitliyin qorunub saxlanmasına səy göstərir. Prezident İlham Əliyevin administrasiyası son on ildə dini tolerantlıq, regional və qlobal münaqişələrin və fikir ayrılıqlarının dinc yolla nizamlanması məsələlərinə xüsusi əhəmiyyət verir.

Continue reading here:
http://bakuforum.azertag.az/news/node/1291163?hl=az

– Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s