bugun

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının mədəniyyət xəzinələri, təəssüf ki, YUNESKO daxil olmaqla digər mədəniyyət, elm və təhsil məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların diqqətindən kənarda qalmışdır.
Şərur rayonunda onilliklərdir aparılan tədqiqatlar nəticəsində aşkar olunan arxeoloji abidələr Naxçıvanı Daş və Tunc dövrlərinə aid tədqiqatların aparılmasına imkan verən mühüm bir əraziyə çevirmişdir. Bu ərazidə YUNESKO ekspertləri və digər tədqiqatçılar qədim keçmişimizlə bağlı cavabsız qalan suallara cavab tapa bilərlər.
Ağzirət piri – Şərur rayonunun Yuxarı Yaycı kəndinin şərqində təbii qayalığın içərisində olan oyuqda yerləşir. Bu ziyarətgah yerli alimlər tərəfindən geniş şəkildə tədqiq edilmişdir. Ziyarətçilər pirin olduğu təbii oyuğa şimal tərəfdən salınmış dar cığırla gedə bilərlər. Bu abidə özündə bir çox qədim əfsanələri birləşdirdiyi üçün yerli əhali tərəfindən müqəddəs yer kimi qəbul edilir. “Naxçıvan Abidələri Ensiklopediyası”na əsasən, bura gələn ziyarətçilər mağaranın ətrafındakı balaca daşın üzərində şamı yandıraraq öz ibadətlərini yerinə yetirirlər.

Azərbaycan Respublikasının arxe­oloqları Ağzirət pirinin içərisindən və ətrafından orta əsrlərə aid olan çıraq və çoxlu sayda keramika nümunələri aşkar etmişlər. Pirin aşağı mərtəbəsində təbii mağa

READ MORE:

http://www.serqqapisi.az/index.php/humanitar/m-d-niyy-t/9110-nakhch-van-n-mugaeddaes-abidaelaeri-beynaelkhalg-ekspertlaeri-salamlay-r

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s