Amerikalı araşdırmaçı: “Ermənistan həmişə Naxçıvanı işğal etməyə çalışıb”
“Etibarlı tarixi mənbələrə əsasən, Ermənistan rəsmiləri həmişə Naxçıvan Muxtar Respublikası üzərində nəzarət əldə etmək və nəticə etibarilə onu Azərbaycandan ayırmağa çalışıblar”.
“Eurasiareview.com” saytının verdiyi xəbərə görə, bu barədə amerikalı jurnalist və araşdırmaçı Peter Tase “Naxçıvanın taleyi: Moskva və Qars müqavilələrinin təkrar pozulması” sərlövhəli məqaləsində yazıb.
Müəllif qeyd edir ki, 29 noyabr 1920-ci ildə Ermənistanda qurulan bolşevik hakimiyyəti Naxçıvan və Zəngəzuru Ermənistan ərazisinə birləşdirmək istəyirdi. Lakin Naxçıvan və Zəngəzurun mülki əhalisi bu qərarın əleyhinə çıxaraq kütləvi etirazlar təşkil edib.
Qars müqaviləsi imzalananda Naxçıvanın ərazisi 6 988 kv/km olub, sonradan isə Naxçıvan torpaqlarının qeyri-qanuni şəkildə Ermənistana verilməsi nəticəsində 5 500 kv/km-ə qədər azalıb.
1921-ci ilin 16 martında imzalanan Moskva müqaviləsinə də toxunan Peter Case müqavilənin Azərbaycanın ərazi bütövlüyünü qoruduğuna və Naxçıvanın statusunu müəyyənləşdirdiyinə diqqət çəkib.
Peter Tase qeyd edir ki, Qars müqaviləsi imzalananda Naxçıvanın ərazisi 6 988 kv/km olub, sonradan isə Naxçıvan torpaqlarının qeyri-qanuni şəkildə Ermənistana verilməsi nəticəsində 5 500 kv/km-ə qədər azalıb. Beləliklə, beynəlxalq müqavilələr birtərəfli qaydada pozulub.
READ ALL:
RELATED NEWS PUBLISHED IN AZADINFORM”
http://www.azadinform.az/news/a-101707.html
http://www.azadinform.az/news/a-80077.html
http://www.azadinform.az/news/a-75908.html
http://www.azadinform.az/news/a-86526.html