bugun

Blokadada yaşayan Naxçıvanın sürətli inkişafı əsl möcüzədir

Piter Teys – ABŞ-ın Marquette Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti:

– Mən çox şadam ki, Naxçıvana gələrək bu gözəl, qədim tarixə malik yerlərlə tanış ola bildim. Naxçıvan həm də geo­strateji baxımdan Azərbaycan üçün, ümumilikdə, region üçün əhəmiyyətli bir məkandır. Bu mənada belə əhəmiyyətli bir bölgəni görmək mənə sevinc bəxş etdi.
Naxçıvan Azərbaycan xalqının ümummilli lideri olan Heydər Əliyevin doğulub boya-başa çatdığı Vətəndir. Təkcə bu amil onun əhəmiyyətini xeyli artırır.
Təbii ki, məni muxtar respublikanın tarixiliyi, abadlığı ilə birlikdə, elmi potensialı, buradakı elm ocaqları da maraqlandırır. Naxçıvan Dövlət Universiteti ilə tanış olarkən gördüm ki, təhsil ocağı üçün modern binalar tikilib və təhsil çox yüksək səviyyədədir.
Ümumiyyətlə, təkcə universitet deyil, bütün Naxçıvan Muxtar Respublikasının ərazisində yüksək səviyyədə infrastruktur qurulduğunun şahidi oldum.
İnsanlarınız çox qonaqpərvər, istiqanlıdırlar. Yeməklərinizə isə söz ola bilməz; düşünürəm ki, bu qədər dadlı yeməkləri ancaq Naxçıvanda yemək mümkündür. Sizin kimi dostlarla tanış olmaq isə mənim üçün hər şeydən daha önəmlidir. Çünki siz naxçıvanlılar çox geniş dünyagörüşə və humanist, insanpərvər fikirlərə sahibsiniz. Ona görə də istərdim ki, Naxçıvana bir daha gəlim, bu gözəl yurdu yenidən başdan-başa gəzim.

READ MORE:

Blokadada yaşayan Naxçıvanın sürətli inkişafı əsl möcüzədir

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s