AZERTAG LOGO.

Amerikalı ekspert: Bakı Forumu Azərbaycanın regionda sülh və tərəqqini qoruyub saxlamağa marağını bir daha sübut edir VİDEO

Ermənistan bölgədəki ölkələr üçün xaos və zorakılıq təhlükəsi yaradır. Dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini daha qətiyyətlə müdafiə etməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən ABŞ-ın Viskonsin ştatının Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyz jurnalistlərə müsahibəsində bildirib.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini yüksək qiymətləndirən ekspert qeyd edib ki, bu cür tədbirlər Azərbaycanın regionda sülh və tərəqqini qoruyub saxlamağa marağını bir daha sübut edir.

“Forum sülhü, sabitliyi, iqtisadi inkişafı və sivilizasiyalararası dialoqu daha da inkişaf etdirmək üçün mühüm platformadır. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, həmçinin Azərbaycan xalqının son iyirmi ildə yaşadığı problemləri bir daha dünya ictimaiyyətinə çatdırmalıdır”, – deyə amerikalı ekspert vurğulayıb.

Adambaşına düşən qaçqınların sayına görə Azərbaycanın dünyada birinci yerdə olduğunu bildirən P.Teyz Ermənistanın beynəlxalq hüququ pozduğunu diqqətə çatdırıb. Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində Naxçıvanın blokadaya məruz qaldığını vurğulayan ekspert bunun bölgə üçün ciddi təhlükə yaratdığını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s