“Biz Obama Administrasiyasından cavab gözləyirik”. Bu bir neçə gün əvvəl Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti və Milli Məclisin deputatı Elxan Süleymanov tərəfindən səsləndirilmiş fikirdir. Biz deyərkən E.Süleymanov Azərbaycan xalqını nəzərdə tutmuşdu.
İndi bu məqaləni oxumağa başlayan oxucu öz-özünə düşünəcək ki, biz- Azərbaycan xalqı Obama Administrasiyasından nə gözləyə bilərik? Bu sualın cavabı qısa və aydındır. Çox mühüm bir məsələdə, Azərbaycanın 20 ildən artıq bir müddətdir ki, əziyyət çəkdiyi, haqsızlıqla üzləşdiyi Dağlıq Qarabağ probleminə ABŞ-dan ədalətli yanaşma gözləyirik.
Belə ki, E.Süleymanovun rəhbərlik etdiyi təşkilat- AVCİYA 1 ay əvvəl, aprelin 6-da “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Ağ Ev Administrasiyasının rəsmi internet səhifəsində E.Süleymanovun imzası ilə Obama
READ THE ARTICLE: