Latın Amerikası Xəbər Agentlikləri Birliyinin (ULAN) saytında Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin “Ermənistan qoşunları tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı qətliam” adlı məqaləsi yerləşdirilib.
(http://agenciasulan.org/2015/02/masacre-contra-la-poblacion-civil-de-azerbaiyan-por-las-tropas-de-armenia/ və http://azembassy.org.ar/az/noticias/noticias/20150224021136186.html).
Eyni zamanda, “Eurasia Hoy” və “Diario Siglo XXI” ispandilli analitik-xəbər portallarında beynəlxalq münasibətlər üzrə jurnalist-ekspert Peter Tasenin səfir Məmməd Əhmədzadədən götürdüyü “Beynəlxalq ictimaiyyət Xocalı hadisələrini qınamalı və onlara layiqli siyasi və hüquqi qiymət verməlidir” adlı müsahibə də yayılıb.
Read more: