Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev, gənclik və multikulturalizm” mövzusunda beynəlxalq nəzəri-praktik konfrans mayın 11-də öz işini davam etdirib.
Konfrans iştirakçılarının öncə Auqsburq kilsə muzeyinə ekskursiyası təşkil edilib.
Ekskursiyadan sonra “Logen Haus” konfrans zalında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi Rəvan Həsənov və Auqburq Universitetinin elmi işçisi Laura-Marie Dudatın moderatorluğu ilə “Multikulturalizm və interkultural ədəbiyyat: Fridrix Rükert və Lev Nussimbaum (Qurban Səid)” mövzusunda bölmə iclası keçirilib.
READ MORE: