Xəbər verdiyimiz kimi, mayın 10-11-də Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev – gənclik- multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq nəzəri-praktik konfrans keçiriləcək.
Konfransın keçirilməsi ideyası Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri Litva Pedaqoji Universitetinin elmi işçisi Salomeya Lukayte və Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulis tərəfindən təklif edilib. İdeya yekdil olaraq Klubun üzvləri tərəfindən dəstəklənib, konfransın keçirilməsi ilə bağlı Azərbaycanın Gənc Dostları təklif və arzularını ifadə ediblər, proqramın tərtibi, reallaşması ilə bağlı ortaq qərara gəliblər.
Konfransda iştirak edəcək Azərbaycanın Gənc Dostları Klubunun üzvlərinin bəziləri Bakı Beynəlxalq Multikulutralizm Mərkəzinin mətbuat xidmətinə intervülər verərək konfransın əhəmiyyəti, gələcəkdə davamlı əməkdaşlıqlar üçün yaradacağı münbit zəmin və konfransa qatılma məramları ilə bağlı fikirlərini bölüşüblər.
REAAD MORE: