26 May 2017, 15:50 (GMT +4)
Bakı, 26 may, SalamNews, A.Bayramova. “Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Cənubi Qafqazda iqtisadi çətinlik yaratması, bütün beynəlxalq qanunları pozması onların təkəbbüründən irəli gəlir”.
Bunu SalamNews-a amerikalı politoloq Piter Teys deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp xarici səfər turuna çıxdığı bir vaxtda Ermənistan yenə cəbhə xəttində gərginlik yaşadır, bölgədə dağıdıcı fəaliyyətlə məşğul olur: “Ötən günlər ərzində Ermənistan atəşkəsi 139 dəfədən çox pozub. Ermənistanın Avrasiya qitəsində zorakılıq həyata keçirən bir dövlət olduğunu unutmaq olmaz. Sözügedən ölkə yalnız mülki insanları hədəfə almır, həmçinin Azərbaycana məxsus 1600-dən çox mədəniyyət abidələrini məhv edib. Həmin abidələr dünya mədəniyyəti üçün qlobal əhəmiyyət daşıyır. Ermənistanın təxribatının və zorakılığının həcmini yalnız Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşması ilə müqayisə edə bilərik. Ermənistan beynəlxalq ictimaiyyəti heçə sayaraq öz ordusunu ən müasir minaatanlarla təchiz etməyə, Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə və yerli əhaliyə hücümlar etməyə davam edir”.
O, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunub: “Onların aqressiv davranışlarının şahidi oluruq. Həmin strategiya dəyişməlidir. Biz yaxşı bilirik ki, Azərbaycan heç bir vaxt Ermənistanın işğalını qəbul etməyəcək. Həmçinin Ermənistan iyirmi ildən çoxdur blokadada saxladığı Naxçıvana qarşı iqtisadi sanskiyasını dayandırmalıdır. Digər tərəfdən ATƏT-in Minsk qrupu İrəvana təzyiqlər etməlidir ki, Serj Sarqsyan rejimi Sankt-Peterburqda və Vyana danışıqlarında əldə edilmiş razılıqları həyata keçirsin. Danışıqların davam etməsi hazırkı status-kvonu və işğalı sona çatdıra, münaqişənin sülh yolu ilə həllinə şərait yarada bilər”.
READ THE ARTICLE
RELATED ARTICLE:
ALSO: