Teys: “Görüşdən pozitiv nəticə gözləmirəm”

Leyla Məhərrəmova / AZADİNFORM. “ATƏT-in Minsk qrupunun çoxlu sayda diplomatlarının və nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsinə və qoşunların təmas xəttində monitorinq keçirilməsinə baxmayaraq Yerevanın silahlı təxribatları dayanmayıb. Ermənilər Azərbaycan xalqına, Qafqazda sülh və təhlükəsizliyə zərər vurmaqda davam edir”.

Bu fikirləri Azadinform-a açıqlamasında ABŞ-dan olan siyasi ekspert Piter Teys bildirib. O qeyd edib ki, Minsk qrupu tərəfindən Azərbaycan və Ermənistan hakimiyyəti nümayəndələri arasında keçirilən görüşlər tərəflərin dialoq aparması və Dağlıq Qarabağ münaqişəsinin sona çatması üçün razılıq əldə edilməsi baxımından vacibdir. Lakin ATƏT bəzi məsələlərdə qərəzli mövqe tutub, zəiflik nümayiş etdirib.

Ekspert həmçinin ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin də iştirakı ilə keçiriləcək görüş barədə də danışıb. O qeyd edib ki, silahlı qüvvələrini işğal edilmiş ərazilərdən çıxarmaqdan boyun qaçıran Ermənistan üçün bu  görüş ritorika və qanunsuz status-kvonu davam etdirmək üçün şans olacaq: “Mən bu  görüş ərzində hər hansı pozitiv nəticə və ya real irəliləyiş olacağını düşünmürəm”.

29.06.2017 11:02 / Baxılıb: 607

 

http://www.azadinform.az/news/a-145735.html

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s