“Yerevanın amansız rəhbərliyi Suriya və İraqda İŞİD tərəfindən törədilən kütləvi qətlləri imitasiya edir”

Leyla Məhərrəmova / AZADİNFORM. “4 iyul bəlkə də müasir Azərbaycan tarixində ən kədərli günlərdən biridir. Mən qorxuram ki, beynəlxalq birlik Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş dəhşətli hadisəni pisləmək üçün səsini ucaltmasın”.

Bu fikirləri Azadinform-a ABŞ-dan olan siyasi ekspert Piter Teys Füzulidə dinc sakinlərin ermənilər tərəfindən qətlə yetirilməsinə münasibətində deyib. O qeyd edib ki, Qərb demokratiyasının sağlam şüurunun ikili standartlar deyilən virusa yoluxması bəllidir: “Mən gözləyirdim ki, Avropa Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının prezidenti Jen Klaud Yunker Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilənləri pisləyəcək. Lakin görürəm ki, biz getdikcə daha da təhlükəli olan dünyada yaşayırıq”.

Ekspert hesab edir ki, Yerevanın amansız rəhbərliyi Suriya və İraqda İŞİD tərəfindən törədilən kütləvi qətlləri imitasiya edir: “İŞİD Ermənistan Silahlı Qüvvələri üçün modelə çevrilib. Ermənistan Silahlı Qüvvələri öz qoşunlarını işğal edilmiş ərazilərdən geri çəkməlidir. Azərbaycan sülh və stabillik şəraitində yaşamağa layiqdir”.

6.07.2017 11:15

 

http://www.azadinform.az/news/a-146373.html

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s