Amerikalı ekspert ADU tələbələri ilə görüşüb

Oktyabrın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm elmi-tədqiqat laboratoriyasında amerikalı jurnalist, müstəqil tədqiqatçı, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Filologiya və jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.

Görüşdə P.Teys “ABŞ-da multikulturalizm ənənələri. Müasir mədəni müxtəlifliyə giriş” mövzusunda məruzə ilə çıxış edib.

“Multikulturalizmin Azərbaycan  modeli” mövzusunda tədqiqatın aparılması məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti əsasında ölkəmizdə səfərdə olan P.Teys öz məruzəsində ABŞ-da multikulturalizm ənənələrinin araşdırılması və davam etdirilməsi, müxtəlifliyin qorunmasına yönəlmiş addımlar, xalqların və etnik qrupların mədəni dəyərləri, müasir dövrdə ona yanaşma formaları haqqında danışıb. O, həmçinin Azərbaycanın özünəməxsus multikulturalizm modeli ilə dünyada tanınan bir ölkə olduğunu söyləyərək ölkəmizdəki multikultural dəyərləri, tolerantlıq ənənələrini yüksək qiymətləndirib. P.Teys ölkə Prezidenti İlham Əliyevin multikulturalizmin Azərbaycanda dövlət siyasəti olması ilə bağlı dediyi sözləri əsas tutaraq multikulturalizmin Azərbaycan və ABŞ modelləri arasında müqayisəli təhlil aparıb.

Görüşün davamında qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.

See the VIDEO:

http://adu.edu.az/Az/2017/10/amerikali-ekspert-adu-t%C9%99l%C9%99b%C9%99l%C9%99ri-il%C9%99-gorusub-2/

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s