Dünyada multikulturalizmin Azərbaycan modelinə böyük maraq göstərirlər. Sarayevoda keçirilən beynəlxalq konfransda bunun bir daha şahidi olduq.
Bunu Moderator.az -a açıqlamasında Amerikalı tədqiqatçı-jurnalist Peter Teys deyib. O bildirib ki, Bosniya və Herseqovinanın Beynəlxalq Travnik Universitetində keçirilən, multikulturalizmin Azərbaycan modelinə həsr olunan konfransda bu mövzuda və memar Əcəmi haqqında məruzə edib. Universitetin prosessor-müəllim heyətinin, tələbələrinin, Sarayevonun dövlət adamlarının iştirak etdiyi konfransda Azərbaycanın Bosniya və Hersoqovinadakı müvəqqəti işlər vəkili Elnur Quliyev də çıxış edib.

Konfransda 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu, həmin ildə bu istiqamətdə xeyli iş görüldüyünü xatırlatdığını bildirən Peter Teys deyib ki, məruzəsində multikulturalizmin Azərbaycan modeli barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Read the article: