Category Archives: SALAM NEWS AGENCY

Ermənistanın fəaliyyətini yalnız Nigeriyadakı “Boko Haram” terror qruplaşması ilə müqayisə etmək olar – politoloq

26 May 2017, 15:50 (GMT +4)

Bakı, 26 may, SalamNews, A.Bayramova. “Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Cənubi Qafqazda iqtisadi çətinlik yaratması, bütün beynəlxalq qanunları pozması onların təkəbbüründən irəli gəlir”.

Bunu SalamNews-a amerikalı politoloq Piter Teys deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp xarici səfər turuna çıxdığı bir vaxtda Ermənistan yenə cəbhə xəttində gərginlik yaşadır, bölgədə dağıdıcı fəaliyyətlə məşğul olur: “Ötən günlər ərzində Ermənistan atəşkəsi 139 dəfədən çox pozub. Ermənistanın Avrasiya qitəsində zorakılıq həyata keçirən bir dövlət olduğunu unutmaq olmaz. Sözügedən ölkə yalnız mülki insanları hədəfə almır, həmçinin Azərbaycana məxsus 1600-dən çox mədəniyyət abidələrini məhv edib. Həmin abidələr dünya mədəniyyəti üçün qlobal əhəmiyyət daşıyır. Ermənistanın təxribatının və zorakılığının həcmini yalnız Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşması ilə müqayisə edə bilərik. Ermənistan beynəlxalq ictimaiyyəti heçə sayaraq öz ordusunu ən müasir minaatanlarla təchiz etməyə, Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə və yerli əhaliyə hücümlar etməyə davam edir”.

O, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunub: “Onların aqressiv davranışlarının şahidi oluruq. Həmin strategiya dəyişməlidir. Biz yaxşı bilirik ki, Azərbaycan heç bir vaxt Ermənistanın işğalını qəbul etməyəcək. Həmçinin Ermənistan iyirmi ildən çoxdur blokadada saxladığı Naxçıvana qarşı iqtisadi sanskiyasını dayandırmalıdır. Digər tərəfdən ATƏT-in Minsk qrupu İrəvana təzyiqlər etməlidir ki, Serj Sarqsyan rejimi Sankt-Peterburqda və Vyana danışıqlarında əldə edilmiş razılıqları həyata keçirsin. Danışıqların davam etməsi hazırkı status-kvonu və işğalı sona çatdıra, münaqişənin sülh yolu ilə həllinə şərait yarada bilər”.

READ THE ARTICLE

http://salamnews.org/az/news/read/272891/ermenistanin-fealiyyetini-yalniz-nigeriyadaki-boko-haram-terror-qruplashmasi-ile-muqayise-etmek-olar–politoloq/

RELATED ARTICLE:

http://salamnews.org/az/news/read/277808/ermenistanin-meqsedi-qafqazda-zerer-vurmaq-ve-qeyri-sabitlik-yaratmaqdan-ibaretdir–amerikali-politoloq/

ALSO:

http://salamnews.org/az/news/read/286723/absh-burolarinin-fealiyyeti-azerbaycana-fayda-verecek–amerikali-ekspert/

Advertisements

Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməlidir – amerikalı politoloq

AZƏRBAYCAN » SİYASƏT

16 Aprel 2016, 16:20 (GMT +4)

Bakı, 16 aprel, SalamNews, A.Bayramova. “Dünyanın güc mərkəzləri Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda zorakılığın artmasına daha çox diqqət yetirməlidirlər.”

Bunu SalamNews-a açıqlamasında amerikalı politoloq Piter Teys deyib.

Politoloq mövzu ilə bağlı bunları deyib: “İndi beynəlxalq birliyin və dünyanın güc mərkəzlərinin beynəlxalq hüququ və insan haqqlarını müdafiə etmələrinin vaxtıdır. Ermənistanın Azərbaycanın suverenliyinə, dünyanın beynəlxalq təşkilatlara qarşı zorakılıq mövqeyi pislənilməli və Cənubi Qafqazda İrəvanın təkəbbürlü siyasətinə qarşı iqtisadi sanksiya tətbiq edilməlidir.

Avropa İttifaqı, ABŞ, Asiya dövlətləri, Qərbdəki demokratik təşkilatlar 20 ildən çox Ermənistanın terrorçu siyasətindən əziyyət çəkən dinc Azərbaycan vətəndaşları üçün dəstək səslərini qaldırmalıdırlar və Ermənistan hökuməti tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasına diqqət yetirməlidirlər.

Beynəlxalq Cəmiyyət və Avropanın çoxtərəfli təşkilatları təcili olaraq ATƏT-in Minsk Qrupunu boykot etməli, Avropa İttifaqı Azərbaycan torpağında erməni təcavüzünə nəzarət etmək, hərbi və mülki münaqişənin qarşısını almaq üçün regiona daimi ekspertlərdən ibarət nümayəndə heyəti göndərməlidir.

Uzun sürən münaqişəni sonlandırmaq üçün Ermənistanın korrupsiyoner hakimiyyətinə qarşı iqtisadi sanksiyalar həyata keçirilməlidir.

Hazırki status-kvo hər iki tərəfdən daha çox qırğınlara səbəb olacaq və təkcə regioanl stabillik üçün deyil, eyni zamanda Azərbaycanın stabilliyi və təhlükəsizliyi üçün də daimi təhlükə yaradacaq.

Read the article:

http://salamnews.org/az/news/read/215672/ermenistana-qarshi-iqtisadi-sanksiyalar-tetbiq-edilmelidir–amerikali-politoloq/

Also:

http://salamnews.org/ru/news/read/215687/protiv-armenii-dolni-bit-vvedeni-ekonomicheskie-sankcii–amerikanskiy-politolog/

22 ildən çoxdur ki, BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri kağız üzərində qalır – ekspert (MÜSAHİBƏ)

16 Oktyabr 2015, 15:04 

Bakı, 16 oktyabr, SalamNews, A.Bayramova. “BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qətnamələri hələ də yerinə yetirilməyib.”

Bunu SalamNews-a müsahibəsində Mühəndislik üzrə Təhsil Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının baş katibinin və Qlobal Mühəndislik üzrə Dekanlar Şurasının məsləhətçisi, eyni zamanda beynəlxalq məsələlər üzrə bir çox Latın Amerikası hökumət rəhbərləri, Dövlət Universitetləri və digər beynəlxalq təşkilatlar üçün məsləhətçi kimi fəaliyyət göstərən Piter Teys deyib.

READ THE ARTICLE:

http://salamnews.org/az/news/read/192563/22-ilden-ccediloxdur-ki-bmt-nin-dagliq-qarabagla-bagli-qetnameleri-kagiz-uumlzerinde-qalir–ekspert-muumlsahibe/

Ekspertlər Dağlıq Qarabağ münaqişəsinin hazırki vəziyyətini qiymətləndiriblər

PETER TASE

17 Oktyabr 2015, 14:03 

Bakı, 17 oktyabr, SalamNews, A.Bayramova. “Mən qorxuram ki, Azərbaycan və Ermənistan arasında olan donmuş münaqişə yenidən alovlana bilər.”

Bunu SalamNews-a açıqlamasında amerikalı siyasi şərhçi Pol Qoble deyib.

Onun sözlərinə görə, cəbhə xəttində gərginliyin artması müharibə riskini də arıtırır: “Tərəflər elə hesab edirlər ki, bu müddətdə gərginliyi artırmaqla diqqəti cəlb edəcək və dəstək əldə edəcəklər. Amma indiki zamanda, bu böyük riskdir.

READ THE ARTICLE:

http://salamnews.org/az/news/read/192681/ekspertler-dagliq-qarabag-muumlnaqishesinin-hazirki-veziyyetini-qiymetlendiribler/

ABŞ Dağlıq Qarabağ münaqişəsində öz müşahidəçi rolunu qorumaqla kifayətlənib – Piter Teys

PETER TASE

26 Oktyabr 2015, 

Bakı, 26 oktyabr, SalamNews, A.Bayramova. “1992-ci ildə Azərbaycan SSRİ-nin tərkibindən ayrılaraq müstəqilliyini elan edəndə ABŞ Azərbaycanla ikitərəfli əlaqələr qurdu, ancaq təəssüf ki, bu illər ərzində ABŞ Dağlıq Qarabağ münaqişəsində yalnız öz müşahidəçi rolunu qorumaqla kifayətlənib.”

Bunu SalamNews-a açıqlamasında amerikalı politoloq Piter Teys deyib.

Politoloqun fikrincə, ABŞ-Azərbaycan münasibətlərini tam olaraq pisləşdiyini iddia etmək olmaz: “ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünün, güclənən iqtisadiyyatının və regional münaqişələrin sülh yolu ilə həllinin dəstəklənməsində strateji marağı var. Rəsmi Vaşinqton Azərbaycanda demokratik institutların möhkəmlənməsində, açıq bazar iqtisadiyyatının təşviqində, səmərəli regional enerji siyasətinin dəstəklənməsində öz öhdəçilik rolunu nümayiş etdirir, rəsmi Bakının siyasi islahatlar həyata keçirməsində fəal rol oynayır və Dağlıq Qarabağı uzunsürən hərbi münaqişə kimi qəbul edir.

READ THE ARTICLE:

http://salamnews.org/az/news/read/193782/absh-dagliq-qarabag-muumlnaqishesinde-oumlz-muumlshahideccedili-rolunu-qorumaqla-kifayetlenib–piter-teys/

 

 

 

 

 

Naxçıvanın arxitektura ənənəsi digər regionlara da təsir edib – xarici KİV

PETER TASE

05 Noyabr 2015, 13:30 

Bakı, 5 noyabr, SalamNews, A.Bayramova. Sentyabrın 19-20-də jurnalist Həsən Paşalının müşayiəti ilə professor Stefan Ceykob Vimmer və digər alimlər qrupu Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

SalamNews xəbər verir ki, səfərin təfərrüatları barədə bir çox Latın Amerikası hökumət rəhbərləri, Dövlət Universitetləri və digər beynəlxalq təşkilatlar üçün məsləhətçi kimi fəaliyyət göstərən Piter Teys “foreignpolicynews.org” da çap edilmiş məqaləsində məlumat verib.

Məqalə müəllifinin yazdığına görə, professor Ceykob Vimmer, Almaniyanın Münih şəhərindəki “İbrahimin Dostları” Cəmiyyətinin sədri və Almaniyadan olan digər nümayəndələr də Naxçıvan səfərində iştirak ediblər. Professor Ceykob Vimmer Naxçıvana səfəri zamanı Şərq Qapısı qəzetinə müsahibə verərək qeyd edib ki, Naxçıvan gözlənilməyən bir kəşfdir: “Naxçıvan torpağı dəyərli, mədəni, dini arxitekturaya, valehedici, gözəl türbələrə malikdir. 25 metr hündürlüyə malik, zəngin, səkküzgüşəli Möminə Xatun Türbəsi xəyal etdiyimiz kimi idi. Bu abidə XII əsr üçün ana və qadın sevgisinin abidəsidir, həmin qadın orada dəfn edilib, elə bil ki, bu min bir gecə nağıllarından biridir.”

READ THE ARTICLE:

http://salamnews.org/az/news/read/195195/naxccedilivanin-arxitektura-enenesi-diger-regionlara-da-tesir-edib–xarici-kiv/

Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkiləri çox şəffaf və ədalətli idi – politoloq

PETER TASE

11 Noyabr 2015, 

Bakı, 11 noyabr, SalamNews, A.Bayramova. “Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkiləri çox şəffaf və ədalətli idi.”

Bunu SalamNews-a açıqlamasında siyasi ekspert Piter Teys deyib.

Ekspert Azərbaycandakı seçki sistemindən razılığını ifadə edib: “Azərbaycanın seçki sistemi çox yaxşı təşkil edilib və sonuncu seçki prosesi bir daha demokratik standartların möhkəmləndirilməsinə şahidlik etdi. Bu proses 1990-cı ildən bəri zəngin neft millətinin ümumi seçkisini xarakterizə edir. Başqa ölkələr Azərbaycanın seçki təcrübəsini öyrənməlidir, sonuncu seçkilər isə demokratik, azad və şəffaf olub. Həmçinin bu da qeyd edilməlidir ki, Azərbaycanda keçirilmiş pralament seçkilərində havanın soyuq olmasına baxmayaraq çoxlu əhali iştirak edib. Son parlament seçkiləri Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi istiqamətində böyük bir töhfədir”.

READ THE ARTICLE:

http://salamnews.org/az/news/read/195829/azerbaycanda-noyabrin-1-de-keccedilirilmish-parlament-seccedilkileri-ccedilox-sheffaf-ve-edaletli-idi–politoloq/

Parisdəki terror Azərbaycan, Qərbi Avropa və digər ölkə xalqlarının demokratik dəyərləri üçün təhlükədir – ekspert

PETER TASE

16 Noyabr 2015, 13:58 

Bakı, 16 noyabr, SalamNews, A.Bayramova. “Noyabrın 13-də Parisdə İŞİD tərəfindən silsiləvi terror aktları törədildi. Bu, Fransa xalqının İkinci dünya müharibəsindən sonra yaşadığı ən ağır zorakılıq halı idi.”

Bu sözləri SalamNews-a açıqlamasında politoloq Piter Teys bildirib.

Ekspert qeyd edib ki, bu akt Qərb dövlətlərini təkcə Orta Şərqdə deyil, Avropanın ürəyində də İŞİD qorxusunun artması ilə effektiv məşğul olmağa təşviq edir: “Fransa hökuməti ölkə sərhədlərində təhlükəsizliyi gücləndirdi. Bundan sonra rəsmi Paris Suriya və İraqda İŞİD əleyhinə mübarizədəki fəaliyyətini gücləndirəcək.

READ THE ARTICLE:

http://salamnews.org/az/news/read/196447/parisdeki-terror-azerbaycan-qerbi-avropa-ve-diger-oumllke-xalqlarinin-demokratik-deyerleri-uumlccediluumln-tehluumlkedir–ekspert/

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ermənistanın işğalçılıq siyasətinin alətinə çevrilib – politoloq

PETER TASE

25 Noyabr 2015, 09:28 

Bakı, 25 noyabr, SalamNews, A.Bayramova. “ATƏT-in Minsk qrupunun 23 illik mövcudluğuna baxmayaraq, onlar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində, Azərbaycan əyaləti olan Dağlıq Qarabağda sülhün və stabilliyin gətirilməsində, Xəzər regionunda sülhün əldə edilməsində bir damcı da uğur əldə edə bilməyiblər.”

Bunu SalamNews-a açıqlamasında amerikalı politoloq Piter Teys deyib.

Politoloqun fikrincə, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız öz nəzarətdində saxlaması qeyri-qanunidir: “Bu ilin noyabrın 6-da Ceyms Uorlik beynəlxalq təşkilatları Dağlıq Qarabağın hazırki vəziyyəti ilə bağlı hər hansı məruzə hazırlayarkən ATƏT-in Minsk qrupu ilə məsələhətləşməyə çağırıb.

 

READ THE ARTICLE:

http://salamnews.org/az/news/read/197469/atet-in-minsk-qrupunun-amerikali-hemsedri-ermenistanin-ishgalccedililiq-siyasetinin-aletine-ccedilevrilib–politoloq/