Category Archives: Azerbaixhan

Ekspertlər Dağlıq Qarabağ münaqişəsinin hazırki vəziyyətini qiymətləndiriblər

PETER TASE

17 Oktyabr 2015, 14:03 

Bakı, 17 oktyabr, SalamNews, A.Bayramova. “Mən qorxuram ki, Azərbaycan və Ermənistan arasında olan donmuş münaqişə yenidən alovlana bilər.”

Bunu SalamNews-a açıqlamasında amerikalı siyasi şərhçi Pol Qoble deyib.

Onun sözlərinə görə, cəbhə xəttində gərginliyin artması müharibə riskini də arıtırır: “Tərəflər elə hesab edirlər ki, bu müddətdə gərginliyi artırmaqla diqqəti cəlb edəcək və dəstək əldə edəcəklər. Amma indiki zamanda, bu böyük riskdir.

READ THE ARTICLE:

http://salamnews.org/az/news/read/192681/ekspertler-dagliq-qarabag-muumlnaqishesinin-hazirki-veziyyetini-qiymetlendiribler/

Advertisements

ABŞ Dağlıq Qarabağ münaqişəsində öz müşahidəçi rolunu qorumaqla kifayətlənib – Piter Teys

PETER TASE

26 Oktyabr 2015, 

Bakı, 26 oktyabr, SalamNews, A.Bayramova. “1992-ci ildə Azərbaycan SSRİ-nin tərkibindən ayrılaraq müstəqilliyini elan edəndə ABŞ Azərbaycanla ikitərəfli əlaqələr qurdu, ancaq təəssüf ki, bu illər ərzində ABŞ Dağlıq Qarabağ münaqişəsində yalnız öz müşahidəçi rolunu qorumaqla kifayətlənib.”

Bunu SalamNews-a açıqlamasında amerikalı politoloq Piter Teys deyib.

Politoloqun fikrincə, ABŞ-Azərbaycan münasibətlərini tam olaraq pisləşdiyini iddia etmək olmaz: “ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünün, güclənən iqtisadiyyatının və regional münaqişələrin sülh yolu ilə həllinin dəstəklənməsində strateji marağı var. Rəsmi Vaşinqton Azərbaycanda demokratik institutların möhkəmlənməsində, açıq bazar iqtisadiyyatının təşviqində, səmərəli regional enerji siyasətinin dəstəklənməsində öz öhdəçilik rolunu nümayiş etdirir, rəsmi Bakının siyasi islahatlar həyata keçirməsində fəal rol oynayır və Dağlıq Qarabağı uzunsürən hərbi münaqişə kimi qəbul edir.

READ THE ARTICLE:

http://salamnews.org/az/news/read/193782/absh-dagliq-qarabag-muumlnaqishesinde-oumlz-muumlshahideccedili-rolunu-qorumaqla-kifayetlenib–piter-teys/

 

 

 

 

 

Naxçıvanın arxitektura ənənəsi digər regionlara da təsir edib – xarici KİV

PETER TASE

05 Noyabr 2015, 13:30 

Bakı, 5 noyabr, SalamNews, A.Bayramova. Sentyabrın 19-20-də jurnalist Həsən Paşalının müşayiəti ilə professor Stefan Ceykob Vimmer və digər alimlər qrupu Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

SalamNews xəbər verir ki, səfərin təfərrüatları barədə bir çox Latın Amerikası hökumət rəhbərləri, Dövlət Universitetləri və digər beynəlxalq təşkilatlar üçün məsləhətçi kimi fəaliyyət göstərən Piter Teys “foreignpolicynews.org” da çap edilmiş məqaləsində məlumat verib.

Məqalə müəllifinin yazdığına görə, professor Ceykob Vimmer, Almaniyanın Münih şəhərindəki “İbrahimin Dostları” Cəmiyyətinin sədri və Almaniyadan olan digər nümayəndələr də Naxçıvan səfərində iştirak ediblər. Professor Ceykob Vimmer Naxçıvana səfəri zamanı Şərq Qapısı qəzetinə müsahibə verərək qeyd edib ki, Naxçıvan gözlənilməyən bir kəşfdir: “Naxçıvan torpağı dəyərli, mədəni, dini arxitekturaya, valehedici, gözəl türbələrə malikdir. 25 metr hündürlüyə malik, zəngin, səkküzgüşəli Möminə Xatun Türbəsi xəyal etdiyimiz kimi idi. Bu abidə XII əsr üçün ana və qadın sevgisinin abidəsidir, həmin qadın orada dəfn edilib, elə bil ki, bu min bir gecə nağıllarından biridir.”

READ THE ARTICLE:

http://salamnews.org/az/news/read/195195/naxccedilivanin-arxitektura-enenesi-diger-regionlara-da-tesir-edib–xarici-kiv/

Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkiləri çox şəffaf və ədalətli idi – politoloq

PETER TASE

11 Noyabr 2015, 

Bakı, 11 noyabr, SalamNews, A.Bayramova. “Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkiləri çox şəffaf və ədalətli idi.”

Bunu SalamNews-a açıqlamasında siyasi ekspert Piter Teys deyib.

Ekspert Azərbaycandakı seçki sistemindən razılığını ifadə edib: “Azərbaycanın seçki sistemi çox yaxşı təşkil edilib və sonuncu seçki prosesi bir daha demokratik standartların möhkəmləndirilməsinə şahidlik etdi. Bu proses 1990-cı ildən bəri zəngin neft millətinin ümumi seçkisini xarakterizə edir. Başqa ölkələr Azərbaycanın seçki təcrübəsini öyrənməlidir, sonuncu seçkilər isə demokratik, azad və şəffaf olub. Həmçinin bu da qeyd edilməlidir ki, Azərbaycanda keçirilmiş pralament seçkilərində havanın soyuq olmasına baxmayaraq çoxlu əhali iştirak edib. Son parlament seçkiləri Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi istiqamətində böyük bir töhfədir”.

READ THE ARTICLE:

http://salamnews.org/az/news/read/195829/azerbaycanda-noyabrin-1-de-keccedilirilmish-parlament-seccedilkileri-ccedilox-sheffaf-ve-edaletli-idi–politoloq/

Parisdəki terror Azərbaycan, Qərbi Avropa və digər ölkə xalqlarının demokratik dəyərləri üçün təhlükədir – ekspert

PETER TASE

16 Noyabr 2015, 13:58 

Bakı, 16 noyabr, SalamNews, A.Bayramova. “Noyabrın 13-də Parisdə İŞİD tərəfindən silsiləvi terror aktları törədildi. Bu, Fransa xalqının İkinci dünya müharibəsindən sonra yaşadığı ən ağır zorakılıq halı idi.”

Bu sözləri SalamNews-a açıqlamasında politoloq Piter Teys bildirib.

Ekspert qeyd edib ki, bu akt Qərb dövlətlərini təkcə Orta Şərqdə deyil, Avropanın ürəyində də İŞİD qorxusunun artması ilə effektiv məşğul olmağa təşviq edir: “Fransa hökuməti ölkə sərhədlərində təhlükəsizliyi gücləndirdi. Bundan sonra rəsmi Paris Suriya və İraqda İŞİD əleyhinə mübarizədəki fəaliyyətini gücləndirəcək.

READ THE ARTICLE:

http://salamnews.org/az/news/read/196447/parisdeki-terror-azerbaycan-qerbi-avropa-ve-diger-oumllke-xalqlarinin-demokratik-deyerleri-uumlccediluumln-tehluumlkedir–ekspert/

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ermənistanın işğalçılıq siyasətinin alətinə çevrilib – politoloq

PETER TASE

25 Noyabr 2015, 09:28 

Bakı, 25 noyabr, SalamNews, A.Bayramova. “ATƏT-in Minsk qrupunun 23 illik mövcudluğuna baxmayaraq, onlar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində, Azərbaycan əyaləti olan Dağlıq Qarabağda sülhün və stabilliyin gətirilməsində, Xəzər regionunda sülhün əldə edilməsində bir damcı da uğur əldə edə bilməyiblər.”

Bunu SalamNews-a açıqlamasında amerikalı politoloq Piter Teys deyib.

Politoloqun fikrincə, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız öz nəzarətdində saxlaması qeyri-qanunidir: “Bu ilin noyabrın 6-da Ceyms Uorlik beynəlxalq təşkilatları Dağlıq Qarabağın hazırki vəziyyəti ilə bağlı hər hansı məruzə hazırlayarkən ATƏT-in Minsk qrupu ilə məsələhətləşməyə çağırıb.

 

READ THE ARTICLE:

http://salamnews.org/az/news/read/197469/atet-in-minsk-qrupunun-amerikali-hemsedri-ermenistanin-ishgalccedililiq-siyasetinin-aletine-ccedilevrilib–politoloq/

Azərbaycan və Ermənistan Prezidentlərinin bu ay görüşəcəyinə şübhə ilə yanaşıram – Piter Teys (MÜSAHİBƏ)

PETER TASE

14 Dekabr 2015, 15:18 

Bakı, 14 noyabr, SalamNews, A.Bayramova. “Azərbaycan və ErmənistanPrezidentlərinin görüşünün bu ay ərzində baş tutacağına şübhə ilə yanaşıram.”

Bunu SalamNews-a müsahibəsində amerikalı politoloq Piter Teys deyib.

– Azərbaycan və Ermənistan Prezidentləri arasında keçiriləcək görüşün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə hansı təsirləri ola bilər?

READ THE ARTICLE:

http://salamnews.org/az/news/read/200335/azerbaycan-ve-ermenistan-prezidentlerinin-bu-ay-goumlruumlsheceyine-shuumlbhe-ile-yanashiram–piter-teys-muumlsahibe/