Category Archives: SALAM NEWS AGENCY

Video of Peter in Nakhchivan, Azerbaijan

Preview YouTube video Nakhchivan

 

Advertisements

Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməlidir – amerikalı politoloq

AZƏRBAYCAN » SİYASƏT

16 Aprel 2016, 16:20 (GMT +4)

Bakı, 16 aprel, SalamNews, A.Bayramova. “Dünyanın güc mərkəzləri Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda zorakılığın artmasına daha çox diqqət yetirməlidirlər.”

Bunu SalamNews-a açıqlamasında amerikalı politoloq Piter Teys deyib.

Politoloq mövzu ilə bağlı bunları deyib: “İndi beynəlxalq birliyin və dünyanın güc mərkəzlərinin beynəlxalq hüququ və insan haqqlarını müdafiə etmələrinin vaxtıdır. Ermənistanın Azərbaycanın suverenliyinə, dünyanın beynəlxalq təşkilatlara qarşı zorakılıq mövqeyi pislənilməli və Cənubi Qafqazda İrəvanın təkəbbürlü siyasətinə qarşı iqtisadi sanksiya tətbiq edilməlidir.

Avropa İttifaqı, ABŞ, Asiya dövlətləri, Qərbdəki demokratik təşkilatlar 20 ildən çox Ermənistanın terrorçu siyasətindən əziyyət çəkən dinc Azərbaycan vətəndaşları üçün dəstək səslərini qaldırmalıdırlar və Ermənistan hökuməti tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasına diqqət yetirməlidirlər.

Beynəlxalq Cəmiyyət və Avropanın çoxtərəfli təşkilatları təcili olaraq ATƏT-in Minsk Qrupunu boykot etməli, Avropa İttifaqı Azərbaycan torpağında erməni təcavüzünə nəzarət etmək, hərbi və mülki münaqişənin qarşısını almaq üçün regiona daimi ekspertlərdən ibarət nümayəndə heyəti göndərməlidir.

Uzun sürən münaqişəni sonlandırmaq üçün Ermənistanın korrupsiyoner hakimiyyətinə qarşı iqtisadi sanksiyalar həyata keçirilməlidir.

Hazırki status-kvo hər iki tərəfdən daha çox qırğınlara səbəb olacaq və təkcə regioanl stabillik üçün deyil, eyni zamanda Azərbaycanın stabilliyi və təhlükəsizliyi üçün də daimi təhlükə yaradacaq.

Read the article:

http://salamnews.org/az/news/read/215672/ermenistana-qarshi-iqtisadi-sanksiyalar-tetbiq-edilmelidir–amerikali-politoloq/

Also:

http://salamnews.org/ru/news/read/215687/protiv-armenii-dolni-bit-vvedeni-ekonomicheskie-sankcii–amerikanskiy-politolog/