Category Archives: SERQ QAPISI

Bakı Slavyan Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumun iştirakçıları – ABŞ parlamentinin üzvü, Viskonsin Universitetinin rektoru, jurnalist, beynəlxalq multikulturalizm məsələləri üzrə ekspert Peter Tase, Paraqvay Milli Şərq Universitetinin rektoru, Paraqvay parlamentinin deputatı Esmerita Sançes de Da Silva və Portuqaliya Universitetinin prorektoru Teresa do Rosario Domasio Bakı Slavyan Universitetində (BSU) olublar.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Paraqvayın iki universiteti – Milli Şərq (Santa Clara de Asis Universiteti) və Şərqin Milli universitetləri, həmçinin ABŞ-ın Viskonsin Universiteti ilə BSU arasında anlaşma memorandumu və əməkdaşlıq haqqında razılaşma müqaviləsi imzalanıb.

Read more

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=106482

Advertisements

ABŞ-ın Milvauki vilayətində “Şərq qapısı” qəzetinin 95 illik yubileyi münasibətilə bəyannamə qəbul edilib

Amerika Birləşmiş Ştatlarının Milvauki vilayətində Naxçıvan Muxtar Respublikasında dərc olunan “Şərq qapısı” qəzetinin 95 illik yubileyi münasibətilə hökumət bəyannaməsi qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bəyannamə amerikalı jurnalist və tədqiqatçı Peter Tasenin Milvauki vilayətinin rəhbəri Kris Abeleyə müraciəti əsasında qəbul olunub.

Bəyannamədə deyilir ki, Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzeti Azərbaycan Respublikasında olan ən yaxşı kütləvi informasiya vasitələrindən biridir: “1990-cı ilin əvvəllərindən başlayaraq “Şərq qapısı” qəzeti ölkədə müstəqilliyin bərpa edilməsinə tərəfdar olub və dəstəkləyib. “Şərq qapısı” qəzeti Naxçıvan Muxtar Respublikasına qarşı tətbiq

Read more:

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=105544

Amerikalı ekspert: Azərbaycan bütün dünyada mədəniyyətlərarası dialoqun qərargahıdır

Amerikanın ispandilli “Eurasia Hoy” xəbər portalında beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teyzin “Azərbaycan bütün dünyada mədəniyyətlərarası dialoqun qərargahıdır” sərlövhəli məqaləsi dərc olunub. Müəllif bu il mayın 18-19-da Bakıda Heydər Əliyev Mərkəzində keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə söhbət açır. P.Teyz Azərbaycan Prezidenti İlham Əliyevə istinadla yazır ki, bütün dünyada çoxsaylı münaqişələrin davam etdiyi bir vaxtda Azərbaycan “Regionda sabitlik adası” olaraq qalır. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşuğunda, Avropa ilə Asiyanın sərhədində yerləşir. Bu coğrafi mövqe Azərbaycanda mədəni müxtəlifliyin formalaşmasında mühüm rol oynayır.

Read more:

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=76680

 

Eurasia Hoy: “Azərbaycan Latın Amerikasına münasibətdə xarici siyasətini möhkəmlədir”

Amerikanın ispandilli “Eurasia Hoy” xəbər portalı beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Azərbaycan Latın Amerikasına münasibətdə xarici siyasətini möhkəmlədir” adlı məqaləsini dərc edib.

Məqalədə Azərbaycan rəhbərliyinin Latın Amerikası ölkələri ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi təşəbbüsündən bəhs edilir. Son dövrlərdə Azərbaycan Nikaraqua, Honduras və Argentina ilə möhkəm əlaqələr yaradıb. Müəllif yazır ki, həmin ölkələr də öz növbəsində, Azərbaycanı beynəlxalq aləmdə dəstəkləyirlər.
P.Teyz Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopesin və Hondurasın xarici işlər naziri Mireyya Aquero de Korralesin Azərbaycana səfərləri, Bakı ilə Manaqua arasında və müvafiq surətdə Bakı ilə Tequsiqalpa arasında ikitərəfli münasibətlərin genişləndirilməsinə dair razılaşmaları xatırladır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov öz həmkarı Mireyya Aquero de Korrales ilə görüşdə Honduras Milli Konqresinin Azərbaycan ərazisinin işğal edilməsi ilə əlaqədar rəsmi mövqeyinə və Xocalı qırğınını tanımasına görə təşəkkürünü bildirib. Xanım Korrales deyib: “Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi beynəlxalq hüququn bütün normalarına zidd və ədalətsiz hərəkətdir, beynəlxalq birlik bununla əlaqədar narazılığını bildirməlidir”.

Read more:

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=48078

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının mədəniyyət xəzinələri, təəssüf ki, YUNESKO daxil olmaqla digər mədəniyyət, elm və təhsil məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların diqqətindən kənarda qalmışdır.
Şərur rayonunda onilliklərdir aparılan tədqiqatlar nəticəsində aşkar olunan arxeoloji abidələr Naxçıvanı Daş və Tunc dövrlərinə aid tədqiqatların aparılmasına imkan verən mühüm bir əraziyə çevirmişdir. Bu ərazidə YUNESKO ekspertləri və digər tədqiqatçılar qədim keçmişimizlə bağlı cavabsız qalan suallara cavab tapa bilərlər.
Ağzirət piri – Şərur rayonunun Yuxarı Yaycı kəndinin şərqində təbii qayalığın içərisində olan oyuqda yerləşir. Bu ziyarətgah yerli alimlər tərəfindən geniş şəkildə tədqiq edilmişdir. Ziyarətçilər pirin olduğu təbii oyuğa şimal tərəfdən salınmış dar cığırla gedə bilərlər. Bu abidə özündə bir çox qədim əfsanələri birləşdirdiyi üçün yerli əhali tərəfindən müqəddəs yer kimi qəbul edilir. “Naxçıvan Abidələri Ensiklopediyası”na əsasən, bura gələn ziyarətçilər mağaranın ətrafındakı balaca daşın üzərində şamı yandıraraq öz ibadətlərini yerinə yetirirlər.

Azərbaycan Respublikasının arxe­oloqları Ağzirət pirinin içərisindən və ətrafından orta əsrlərə aid olan çıraq və çoxlu sayda keramika nümunələri aşkar etmişlər. Pirin aşağı mərtəbəsində təbii mağa

READ MORE:

http://www.serqqapisi.az/index.php/humanitar/m-d-niyy-t/9110-nakhch-van-n-mugaeddaes-abidaelaeri-beynaelkhalg-ekspertlaeri-salamlay-r

Blokadada yaşayan Naxçıvanın sürətli inkişafı əsl möcüzədir

Piter Teys – ABŞ-ın Marquette Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti:

– Mən çox şadam ki, Naxçıvana gələrək bu gözəl, qədim tarixə malik yerlərlə tanış ola bildim. Naxçıvan həm də geo­strateji baxımdan Azərbaycan üçün, ümumilikdə, region üçün əhəmiyyətli bir məkandır. Bu mənada belə əhəmiyyətli bir bölgəni görmək mənə sevinc bəxş etdi.
Naxçıvan Azərbaycan xalqının ümummilli lideri olan Heydər Əliyevin doğulub boya-başa çatdığı Vətəndir. Təkcə bu amil onun əhəmiyyətini xeyli artırır.
Təbii ki, məni muxtar respublikanın tarixiliyi, abadlığı ilə birlikdə, elmi potensialı, buradakı elm ocaqları da maraqlandırır. Naxçıvan Dövlət Universiteti ilə tanış olarkən gördüm ki, təhsil ocağı üçün modern binalar tikilib və təhsil çox yüksək səviyyədədir.
Ümumiyyətlə, təkcə universitet deyil, bütün Naxçıvan Muxtar Respublikasının ərazisində yüksək səviyyədə infrastruktur qurulduğunun şahidi oldum.
İnsanlarınız çox qonaqpərvər, istiqanlıdırlar. Yeməklərinizə isə söz ola bilməz; düşünürəm ki, bu qədər dadlı yeməkləri ancaq Naxçıvanda yemək mümkündür. Sizin kimi dostlarla tanış olmaq isə mənim üçün hər şeydən daha önəmlidir. Çünki siz naxçıvanlılar çox geniş dünyagörüşə və humanist, insanpərvər fikirlərə sahibsiniz. Ona görə də istərdim ki, Naxçıvana bir daha gəlim, bu gözəl yurdu yenidən başdan-başa gəzim.

READ MORE:

Blokadada yaşayan Naxçıvanın sürətli inkişafı əsl möcüzədir

AZERBAIJAN

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ərazisidir. Bu gözəl
səfalı region şimal-qərbdən Türkiyə, şimal və şərqdən Ermənistan, cənubdan
isə İran ilə həmsərhəddir. Naxçıvanın ölkənin digər hissəsindən təcridi yalnız Stalinin
1920-ci ildə Zəngəzur mahalını Ermənistanın nəzarətinə verməsi ilə başlayıb. Dağlıq
Qarabağ (bu Azərbaycan torpağı hal-hazırda Ermənistanın işğalı altındadır) münaqişəsi
zamanı erməni qüvvələri Naxçıvanı da işğal etməyə çalışdılar, lakin Kərki kəndindən
başqa, heç bir ərazini işğal edə bilmədilər.

Read the article from

Peter TAse
Amerika Birləşmiş Ştatları
“Foreign Policy News” jurnalı,
17 aprel 2015-ci il

https://mail.google.com/mail/u/0/?ui=2&ik=0ceebac2e7&view=att&th=14cec75bddd66c3a&attid=0.1&disp=inline&realattid=260788e120822bcc_0.1&safe=1&zw
az25

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının

az10Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tarixi irsinin mühüm və arxeoloji sərvəti sayılan bir bölgəsidir. Azərbaycan xalqının qədim tarixi, elmi və mə- dəni irsi bu torpaqda formalaşıbdır. Naxçıvan bəşər sivilizasiyasının beşiklərindəndir. Bu torpaq əsrlərboyu Şərq və Qərbin kəsişməsində ticarət, sənətkarlıq, elm və mədə- niyyət mərkəzi olma statusunu qoruyub saxlamışdır. Son on il ərzində Naxçıvan Muxtar Respublikası infrastruktur, sosial-iqtisadi inkişaf, açıq hökumət təşəbbüsü və geniş- miqyaslı ictimai işlər sahəsində sü- rətlə inkişaf etmişdir. Hazırkı iqtisadi inkişaf bu qədim yurdda insan sivilizasiyası və Azərbaycan xalqının əcdadları haqqında elmi tədqiqatların aparılmasına yol açır. Naxçıvanda siz ibtidai insanlara aid mağara, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti qalıqları, möhtəşəm qala divarları, qayaüstü rəsm nümunələri, qoç abidələri və ziyarətgahlar tapa bilərsiniz. Nax- çıvandakı Əshabi-Kəhf ziyarətgahı, Gəmiqaya nekropolları və qayaüstü rəsmlərdə Daş dövrünün qalıqları öz əksini tapmışdır. Əshabi-Kəhf ziyarətgahı (ərəb dilində “mağara sakinləri” deməkdir) Naxçıvan şəhərindən 12 kilometr məsafədə İlandağ ilə Nəhəcir dağı arasında yerləşən təbii ma- ğaradır. “Qurani-Kərim”də göstə- rilənlərə görə, bu mağara Allaha ibadət etməyən icmanı tərk edən insanların sığındığı yer olmuşdur. “Qurani-Kərim”dəki müqəddəs surəyə görə, Əshabi-Kəhf ilə bağlı hadisələr Naxçıvanın qədim tarixi ilə əlaqədardır. Əshabi-Kəhfin mövcudluğu xristian ədəbiyyatında qeyd edilmir. Yalnız son dövrdə aparılan arxeoloji tədqiqatlar bu qədim ərazinin əhəmiyyətini daha da artırmışdır. Beynəlxalq alimlər belə bir nəticəyə gəlmişlər ki, Nax- çıvanın bu abidəsi dini irsin mü- hüm nümunəsidir və bütün bunlardan başqa, “Qurani-Kərim”lə dərindən bağlıdır. Bu tarixi və dini yer Naxçıvan şəhərindən 12 kilometr məsafədə yerləşir. Ordubadda isə Nəbi yurdu yaylağında Gəmiqaya arxeoloji abidəsi yerləşir. Kür-Araz mədəniyyətinin izləri bu ərazidə olan qəbirlərdə müəyyən edilmişdir. Bundan əlavə, nekropollarda Dəmir dövrünə aid qəbirlər aşkar olunmuşdur. Dəmir dövrünə aid qəbir abidələri kvadrat formalı qaya parçalarından hazırlanmış ağır sal daşlarla örtülmüşdür. Məzarın içərisinə şimal tərəfdə yerləşən yoldan daxil olmaq mümkündür. Məzarın sağ divarında üçbucaq formalı taxça var. Kanal tikintisi zamanı abidə dağıntılara məruz qalmış və buna görə də maddi-mədə- niyyət nümunələri yox olmuşdur. Arxeoloji tədqiqatlar bu nekropolların eradan əvvəl IV-I minilliyə aid olmasını təsdiqləyir. Qayaüstü təsvirlərə Ordubaddakı Qapıcıq dağı yamaclarında – Nəbi yurdundakı Qaranquş yay otlaqlarında rast gəlinir. Arxeoloqlar Qaranquş yaylağındakı qayaüstü təsvirlərdə Azərbaycan türklərinin atababalarına aid yaşayış məntəqələ- rinin izlərini aşkar ediblər. Bu eyni zamanda sübut edir ki, həmin dağlıq ərazi Naxçıvanın qədim insanları üçün əsas ov sahələrindən biri olmuşdur. Sonrakı tayfalar Naxçı- vançay və Əlincəçay vadilərini yay otlaq sahəsi kimi istifadə etmişlər. Qayalara həkk olunmuş bütün təsvirlər yerli sakinlərin gündəlik fəaliyyətini əks etdirir. Bu qədim təsvirlərin böyük hissəsi keçi, öküz, maral, it, bəbir və canavar şəkillə- rindən ibarətdir. Gəmiqaya qayaüstü rəsmləri və qədim yaşayış məskənləri beş, altı min il bundan əvvələ təsadüf edir. Gəmiqayadakı mühüm kəşflər 1968-ci ildən aparılır. Bu təsvirlərdə Naxçıvanın qədim sakinlərinin həyat tərzi, mədəniyyəti və gündəlik fəaliyyəti müşahidə edilir. Peter TAsE Amerikalı jurnalist və tədqiqatçı, “Foreign policy news” və “Eurasia review” qəzetləri, ABŞ

Read the article

https://mail.google.com/mail/ca/u/0/?ui=2&ik=0ceebac2e7&view=att&th=14c9b56b1dd3d9c7&attid=0.1&disp=inline&realattid=42292b04ea5b32ba_0.1&safe=1&zw