Tag Archives: VIDEO

Amerikalı ekspert ADU tələbələri ilə görüşüb

Oktyabrın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm elmi-tədqiqat laboratoriyasında amerikalı jurnalist, müstəqil tədqiqatçı, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Filologiya və jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.

Görüşdə P.Teys “ABŞ-da multikulturalizm ənənələri. Müasir mədəni müxtəlifliyə giriş” mövzusunda məruzə ilə çıxış edib.

“Multikulturalizmin Azərbaycan  modeli” mövzusunda tədqiqatın aparılması məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti əsasında ölkəmizdə səfərdə olan P.Teys öz məruzəsində ABŞ-da multikulturalizm ənənələrinin araşdırılması və davam etdirilməsi, müxtəlifliyin qorunmasına yönəlmiş addımlar, xalqların və etnik qrupların mədəni dəyərləri, müasir dövrdə ona yanaşma formaları haqqında danışıb. O, həmçinin Azərbaycanın özünəməxsus multikulturalizm modeli ilə dünyada tanınan bir ölkə olduğunu söyləyərək ölkəmizdəki multikultural dəyərləri, tolerantlıq ənənələrini yüksək qiymətləndirib. P.Teys ölkə Prezidenti İlham Əliyevin multikulturalizmin Azərbaycanda dövlət siyasəti olması ilə bağlı dediyi sözləri əsas tutaraq multikulturalizmin Azərbaycan və ABŞ modelləri arasında müqayisəli təhlil aparıb.

Görüşün davamında qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.

See the VIDEO:

http://adu.edu.az/Az/2017/10/amerikali-ekspert-adu-t%C9%99l%C9%99b%C9%99l%C9%99ri-il%C9%99-gorusub-2/

Advertisements

Amerikalı ekspert: Bakı Forumu Azərbaycanın regionda sülh və tərəqqini qoruyub saxlamağa marağını bir daha sübut edir VİDEO

Ermənistan bölgədəki ölkələr üçün xaos və zorakılıq təhlükəsi yaradır. Dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini daha qətiyyətlə müdafiə etməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən ABŞ-ın Viskonsin ştatının Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyz jurnalistlərə müsahibəsində bildirib.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini yüksək qiymətləndirən ekspert qeyd edib ki, bu cür tədbirlər Azərbaycanın regionda sülh və tərəqqini qoruyub saxlamağa marağını bir daha sübut edir.

“Forum sülhü, sabitliyi, iqtisadi inkişafı və sivilizasiyalararası dialoqu daha da inkişaf etdirmək üçün mühüm platformadır. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, həmçinin Azərbaycan xalqının son iyirmi ildə yaşadığı problemləri bir daha dünya ictimaiyyətinə çatdırmalıdır”, – deyə amerikalı ekspert vurğulayıb.

Adambaşına düşən qaçqınların sayına görə Azərbaycanın dünyada birinci yerdə olduğunu bildirən P.Teyz Ermənistanın beynəlxalq hüququ pozduğunu diqqətə çatdırıb. Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində Naxçıvanın blokadaya məruz qaldığını vurğulayan ekspert bunun bölgə üçün ciddi təhlükə yaratdığını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Paraqvay televiziyasında Azərbaycan iqtisadi modeli və onun uğurları müzakirə edilib

VİDEO 11.02.2015 [12:18]

14236385695623253752_228x166

Vaşinqton, 11 fevral, AzərTAc

Paraqvayın TV PUBLİCA ictimai televiziya kanalında Paraqvay ilə Birləşmiş Ştatlar arasında kommersiya münasibətləri və bu ilin mart ayında Paraqvayın paytaxtı Asunsyonda keçiriləcək iqtisadi forum barədə müzakirələr keçirilib.
Paraqvayın iqtisadi potensialı və infrastrukturu müzakirə edilərkən proqramın iştirakçılarından biri, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teyz öz həmkarlarına Azərbaycan barədə danışıb. O qeyd edib ki, Paraqvay administrasiyası bu Cənubi Amerika ölkəsinin inkişafına və infrastrukturun yeniləşdirilməsinə yönəlmiş layihələrin həyata keçirilməsində Azərbaycanın uğur modelindən istifadə edə bilər…………………………………………

Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

Read the article (See the video):

http://m.azertag.az/xeber/Paraqvay_televiziyasinda_Azerbaycan_iqtisadi_modeli_ve_onun_ugurlari_muzakire_edilib_VIDEO-831367